Menyu

Rusiyada dəmiryol çənlərində yanğın baş verib

Nərmin Qocamanlı
Rusiyada dəmiryol çənlərində yanğın baş verib
1 dəq oxu

Rusiyanın İrkutsk vilayətinin Anqarsk şəhərinin sənaye sahəsindəki neftdoldurma qurğusunda dəmir yolu tankerlərinin doldurulması zamanı yanğın baş verib.

"Operativ Media" Rusiya KİV-ə istinadən xəbər verir ki, tezliklə alov böyüyüb və ərazidən qatı tüstü qalxıb.Təxminən 2 saatlıq yanğın söndürmə əməliyyatlarından sonra alov nəzarət altına alınıb.

Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk Regional İdarəsindən verilən açıqlamada 3 dəmiryol çəninin tamamilə yandığı, doldurma qurğusunun 400 kvadratmetr sahəsinin yararsız hala düşdüyü bildirilib.

Yanğının baş vermə səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Əlaqəli Xəbərlər