Çində bir həftə ərzində 13 min insan koronavirusdan ölüb
Nərmin Qocamanlı
13-19 yanvar tarixlərində Çində COVID-19-dan 12 658 ölüm qeydə alınıb.
"Operativ Media"nın xəbərinə görə, Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (CDC) verdiyi açıqlama yayıb.
Qeyd edək ki, 8 dekabr 2022-ci il və 12 yanvar 2023-cü il tarixləri arasında ölkədə COVID-19 tədbirlərinin ləğvindən sonra virusa görə 59 938 ölüm qeydə alınıb.
Beləliklə, son epidemiya dalğasında təsdiqlənmiş ölüm sayı 72 min 596-ya yüksəldi.
Teqlər:
"Çində bir həftə ərzində 13 min insan koronavirusdan ölüb"