22 Yanvar 2023, 18:19
İran rialı dollar qarşısında rekord minimuma düşüb

İran valyutası rial Avropa İttifaqının İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və ayrı-ayrı rəsmilərə qarşı sanksiyaları səbəbindən dollar qarşısında rekord minimuma düşüb.
"Operativ Media" xəbər verir ki, bu barəfə "Reuters” məlumat yayıb.
Qara bazarda dollar 447 min riala satılıb. Bir gün əvvəl isə xarici valyuta 430.500 rial olub.