22 Yanvar 2023, 19:51
Yeni Zelandiyanın yeni Baş naziri məlum olub

Casinda Ardern Yeni Zelandiyada baş nazir postunu tərk etdikdən sonra Kris Hipkins ölkənin yeni baş naziri olub.
"Operativ Media" xəbər verir ki, hakim Leyboristlər Partiyasından olan qanunvericilər ölkənin yeni baş nazirini və partiya liderini seçmək üçün səs veriblər. Yeganə namizəd, 44 yaşlı təhsil və polis naziri Kris Hipkins ölkənin yeni baş naziri və İşçi Partiyasının lideri seçilib.
Vəzifəyə gəldikdən sonra mətbuata açıqlama verən Hipkins, "Qarşıdakı çətinliklərlə bağlı həyəcanlıyam. Bu, həyatımın ən böyük gedişi və məsuliyyətidir" deyib.
Hipkins oktyabrın 14-də keçiriləcək ümumi seçkilərə qədər baş nazir vəzifəsini icra edəcək.