22 Yanvar 2023, 22:24
Baydenin evində daha 6 məxfi sənəd tapılıb

ABŞ prezidenti Co Baydenin Delaver ştatındakı evində daha 6 məxfi sənədin tapıldığı açıqlanıb.
"Operativ Media" xəbər verir ki, Baydenin şəxsi vəkili Bob Bauer verdiyi yazılı açıqlamada FTB agentlərinin Cümə günü Baydenin Willmingtondakı evində axtarış apardığını bildirib.
Açıqlamada, təxminən 13 saat davam edən axtarış zamanı Baydenə Senatda və vitse-prezidentlik dövründə aid 6 məxfi sənədin tapıldığı bildirilib.
Yeni sənədlər Ədliyyə Nazirliyi səlahiyyətliləri tərəfindən təfərrüatlı araşdırılmaq üçün götürülərkən, Baydenin evində aparılan axtarışa könüllü icazə verdiyi vurğulanıb.
Açıqlamada, prezident Bayden və həyat yoldaşı Jill Baydenin axtarış zamanı həftə sonu tətili üçün evdə olmadığı da paylaşılıb.