23 Yanvar 2023, 10:21
AQTA Xəzərdə suiti ölümlərinin səbəblərini araşdırıb
AQTA Xəzərdə suiti ölümlərinin səbəblərini araşdırıb şəkil
AQTA Xəzərdə suiti ölümlərinin səbəblərini araşdırıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida sahəsində, həmçinin heyvan sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən nəzarət tədbirlərini davam etdirir.

Bir müddət əvvəl Xəzər dənizi sahillərində rast gəlinmiş suiti cəsədlərinin və tələfatının səbəblərinin araşdırılması məqsədilə AQTA, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssislərinin iştirakı ilə monitorinqlər təşkil olunub.

"Operativ Media" xəbər verir ki, Monitorinqlər Bakı və Sumqayıt şəhərləri, Xızı, Xaçmaz, Şabran, Lənkəran, Astara, Neftçala və Salyan rayonları ərazisində sahilboyu zonaları əhatə edib.

Monitorinqlər zamanı rast gəlinən suiti cəmdəklərinin qalıqlarından patoloji material nümunələri götürülərək AQTİ-nin müvafiq laboratoriyalarında müayinələrə cəlb olunub. Aparılmış müayinələrin nəticəsində heç bir yoluxucu xəstəliyin törədicisinə rast gəlinməyib.

Qeyd edək ki, Rusiyanın müvafiq qurumu - “Rosprirodnadzor”un yayımladığı məlumata görə molekulyar çəkisi atmosfer havasından ağır olan təbii qazların dənizin dibindən çıxmaqla suyun səthinə qalxması və hipoksiyanın yaranması nəticəsində burada tənəffüs edən suitilərin tələf olması ehtimal olunur.

Məsələ Dağıstan Respublikasının aidiyyəti mütəxəssisləri ilə işçi qaydada müzakirə edilib və eyni fikir onlar tərəfindən də səsləndirilib. Moskva Dövlət Universitetinin coğrafiya fakültəsinin tədqiqatçıları da oxşar ehtimal irəli sürməklə suitilərin seysmik aktivlik nəticəsində yaranan metan qazından zəhərlənməsi qənaətinə gəliblər. Hələlik, qonşu ölkənin aidiyyəti laboratoriyalarında aparılmış müayinələr nəticəsində tələfatın əsl səbəbi müəyyən edilərək rəsmi şəkildə elan olunmayıb.

Son xəbərlər
Vardanyanın məhkəməsinin növbəti iclası fevralın 17-nə təyin edilib
Müharibə gedişində öldürülən azərbaycanlıların sayı açıqlanıb
İşğal illərində Azərbaycan ekologiyasına 13,4 milyard manatdan artıq məbləğdə maddi ziyan vurulub
Ruben Vardanyana irəli sürülmüş konkret ittihamlar elan edilib
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Azərbaycan çempionatında final mərhələsinin ilk oyunları keçirildi
Moldova "Rus Evi"ni bağlayır
Dövlət Vergi Xidmətinin 2025-2028-ci illər üzrə strategiyası hazırlanıb