Menyu

Estoniya bütün 155 mm-lik haubitsalarını Ukraynaya verib

Nərmin Qocamanlı
Estoniya bütün 155 mm-lik haubitsalarını Ukraynaya verib

Estoniya Ukraynaya bütün 155 mm-lik haubitsalarını verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna baş qərargahı məlumat yayıb.

 “Biz bütün 155 mm-lik haubitsalarımızı Ukraynaya veririk. Və biz bu yolla bir presedent yaratmaq istəyirik ki, digər ölkələrin Ukraynanı müharibədə qalib gəlmək üçün lazımi silahlarla təmin edə bilməmələri üçün heç bir bəhanə olmasın”, – Estoniyanın Ukraynadakı səfiri Kaimo Kuusk bildirib.

Qeyd edək ki, Estoniya hökuməti Ukraynaya ümumi dəyəri 113 milyon avro olan ən böyük hərbi yardım paketini qəbul edib:


- Onlarla 155 mm FH-70 və 122 mm D-30 haubitsaları;

- 155 mm kalibrli minlərlə artilleriya mərmisi;

- sursatla birlikdə yüzlərlə tank əleyhinə qumbaraatan M2 "Karl-Gustaf";
-

artilleriya bölmələrini dəstəkləyən vasitələr.

 

Teqlər:

"Estoniya bütün 155 mm-lik haubitsalarını Ukraynaya verib"

Əlaqəli Xəbərlər