23 Yanvar 2023, 11:28
Forbes: TikTok-da hansı videonun viral olacağına işçilər qərar verirlər
Forbes: TikTok-da hansı videonun viral olacağına işçilər qərar verirlər şəkil
Forbes: TikTok-da hansı videonun viral olacağına işçilər qərar verirlər

"TikTok" və "ByteDance"ın keçmiş əməkdaşları "TikTok"un öz fenomenlərini yaratdığını iddia ediblər. İddialara görə, işçilər bilərəkdən müəyyən hesabları və videoları önə çıxarırlar.

"Operativ Media" xəbər verir ki, bu barədə Forbes jurnalı məlumat yayıb.

TikTok-a görə, 'Sizin üçün' bölməsi istifadəçi maraqlarına və cəlb edilməsinə əsaslanan geniş məzmunlu fərdiləşdirilmiş video axınıdır. İstifadə olunan alqoritmlər sayəsində dünyanın hər yerindən viral məzmun istifadəçinin ekranına düşür.

Keçmiş işçiləri və şirkət yazışmalarını ehtiva edən sənədlərə əsaslanan Forbes jurnalının xəbərinə görə, TikTok viral olmaq üçün alqoritmin seçmədiyi və istifadəçinin diqqətini çəkməyəcək videoları da önə çəkir.

Sənədlərə görə, işçilər “İsitmə” adlı prosesdən istifadə edirlər.

Bu o deməkdir ki, "TikTok" və "ByteDance" əməkdaşları müəyyən hesabları və videoları qəsdən özləri önə çıxarırlar.

Son xəbərlər
ABŞ-da güclü tufan çətinliklər yaradıb
İranda zəlzələ baş verib
Aİ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
İranda zəlzələ baş verib
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
Fələstin prezidenti Makronla telefon danışığı aparıb
Göyçayda mənzildə meyit aşkarlanıb - YENİLƏNİB