"Operativ Media" xəbər verir ki, “Jamaran” xəbər saytının məlumatına görə, Jurnalistlər Birliyi paytaxt Tehranda 3 qadın jurnalistin saxlanıldığını açıqlayıb.
Bildirilib ki, Melika Haşimi, Səidə Şafii və Mehrnuş Zərii Tehranın Evin həbsxanasında saxlanılır.
Şafiinin rejim əleyhinə təbliğat aparmaqda və milli təhlükəsizliyi təhdid etməkdə günahlandırıldığı qeyd edilsə də, digər 2 jurnalistə qarşı irəli sürülən ittihamlarla bağlı məlumat verilməyib.
İran İnsan Haqları Fəalları Xəbər Agentliyinin məlumatına görə, ötən ilin sentyabrında başlayan Mahsa Emini nümayişlərindən sonra ölkədə 79 jurnalist saxlanılıb.