Tailandda magistral yolda baş verən yol qəzası nəticəsində 2-si uşaq olmaqla 11 nəfər ölüb.
"Operativ Media" xəbər verir ki, ölkə mətbuatınım verdiyi məlumata görə, Mittraphap şossesində saatda 100 kilometr sürətlə hərəkət edən avtomobil beton arakəsməyə çırpılıb.
Qəzadan sonra baş verən partlayış nəticəsində avtomobil yanıb, sürücü də daxil olmaqla içərisində olan 12 nəfərdən 11-i dünyasını dəyişib.
Qəzada ölənlərdən 2-nin uşaq olduğu qeyd edilib.






