23 Yanvar 2023, 13:57
İstanbul polisi 613 kiloqram narkotik vasitəni ələ keçirib

2023-cü ilin ilk 3 həftəsində İstanbulda keçirilən narkotik əməliyyatlarında 613 kilo 250 qram narkotik maddə ələ keçirilib, 315 nəfər həbs edilib.
"Operativ Media" xəbər verir ki, ölkənin Narkotik Cinayətlərə Qarşı Mübarizə İdarəsinin qrupları narkotik vasitələrin hazırlanması və satışı ilə məşğul olan şübhəlilərin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirib.
Yanvarın 1-dən 21-dək Fatih, Büyükçekmece, Esenyurt, Ümraniye, Bağcılar, Beşiktaş, Başakşehir, Silivri, Küçükçekmece, Bahçelievler və Avcılar rayonlarında keçirilən əməliyyatlarda 3 min 916 şübhəli saxlanılıb.
Ünvanlarda aparılan axtarışlar zamanı 613 kilo 250 qram narkotik vasitə, 7 avtomat tapança, 4 tapança, 59 tapança gülləsi, 1 tüfəng və 9 tüfəng patronu götürülüb.
Ədliyyəyə sövq edilən 3 min 916 şübhəlidən 315-i həbs olunub.