Menyu

Almaniya İsveçdə Qurani-Kərimin yandırılmasını qınayıb

Nərmin Qocamanlı
Almaniya İsveçdə Qurani-Kərimin yandırılmasını qınayıb

Almaniya Danimarkanın ifrat sağçı Sərt İstiqamət Partiyasının lideri Rasmus Paludanı İsveçdəki Stokholm səfirliyi qarşısında Quranı yandırmasını pisləyib.

"Operativ Media" xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Kristian Vaqner, Berlində keçirilən mətbuat konfransında AA müxbirinin sualına, "Həftə sonu baş verən aksiyanı qınayırıq. Bu, hörmətsizlik və son dərəcə yersiz idi" deyib.

Vaqner, bu hərəkətin İsveçdəki əksəriyyət cəmiyyətinin baxışını ifadə etdiyinə də şübhə etdiklərini söyləyib.

Vaqner bu cür təxribatların parçalanmalara səbəb olduğunu və onlara daha çox həmrəylik və birlik ilə cavab verilməli olduğunu bildirib.

Din və inanc azadlığının, nümayiş və ifadə azadlığının Almaniya hökuməti və Avropadakı tərəfdaşlarının bir insan hüququ olaraq çalışdıqları yüksək dəyər olduğunu vurğulayan Vaqner, “Digər tərəfdən, nifrət nitqi açıq şəkildə ifadə edilir. Avropa dəyərlərinin bir hissəsi deyil”deyə bildirib.

Teqlər:

"Almaniya İsveçdə Qurani-Kərimin yandırılmasını qınayıb"

Əlaqəli Xəbərlər