29 Noyabr 2024, 17:30
Xaricdən gətirilən telefonların qeydiyyatı necə aparılır?
Xaricdən gətirilən telefonların qeydiyyata alınmaqdıqda 30 gün sonra mobil şəbəkəsi dayandırılır
Xaricdən gətirilən telefonların qeydiyyatı necə aparılır? şəkil
Xaricdən gətirilən telefonların qeydiyyatı necə aparılır?

Xaricdən gətirilən telefonların Azərbaycan ərazisində istifadəsi ilə bağlı müəyyən prosedurlar mövcuddur. Xaricdən gətirilən telefonların qeydiyyatdan keçirilməməsi, ciddi problemlərə səbəb ola bilər. Azərbaycan qanunvericiliyinə əsasən, xaricdən gətirilən telefonların müəyyən müddət ərzində qeydiyyata alınması vacibdir.

Telefon qeydiyyatdan keçirilmədikdə hansı problemlə qarşılaşılır?

Məsələ ilə bağlı İKT İnformasiya Mərkəzinin Direktoru Fərid Kazımov “Operativ Media”ya açıqlama verib. O bildirib ki, Azərbaycanda mövcud olan prosedurlara əsasən, xaricdən gətirilən hər hansı bir mobil telefon 30 gün ərzində mütləq şəkildə qeydiyyatdan keçməlidir: " Bu müddət ərzində qeydiyyata alınmayan telefonlar, Azərbaycan mobil operatorlarının şəbəkəsinə qoşulmaqdan imtina edir. Yəni, qeydiyyat prosesi tamamlanmadığı halda, telefon 30 gündən sonra sadəcə Wi-Fi ilə qoşulabilən alətə çevrilir, mobil şəbəkə xidməti istifadə oluna bilməz. Bununla əlaqədar, vətəndaşların bəziləri bu prosedurdan xəbərsiz olur və telefonlarını gətirdikdən sonra qeydiyyata almadan istifadə etməyə başlayırlar. İnsanlar, telefonu alır və ya gətirir, sonra onu mobil şəbəkəyə (SİM karta) qoşurlar, lakin qeydiyyat prosesini unudurlar və ya gecikdirirlər. Nəticədə isə 30 gün sonra həmin mobil şəbəkə bağlantısı dayandırılır. Telefon yalnız Wi-Fi şəbəkəsinə qoşulan cihaz olur. 

Ekspert bildirib ki, əgər vətəndaş bu prosesi 30 gündən sonra həyata keçirmək istəsə də bu artıq qeyri-mümkün olur: "IMEI (International Mobile Equipment Identity) kodu, hər bir mobil telefon üçün unikal bir identifikasiya nömrəsidir və bu kod, telefonun qeydiyyatdan keçirilməsi üçün tələb olunur. Bu kod, telefonun hüquqi statusunu müəyyənləşdirir və onun hüquqi istifadəsini təmin edir. Burada önəmli məsələ ondan ibarətdir ki, əgər vətəndaş bu prosesi 30 gündən sonra həyata keçirmək istəsə, bu artıq mümkün olmur. Yəni, 30 gündən sonra telefon mobil şəbəkəyə qoşulmaq üçün qeydə alınmır. 

Bir çox vətəndaş, telefonlarını gətirdikdən sonra qeydiyyat prosesini bir qədər gözləyirlər, “sonradan edərəm” düşüncəsi ilə bu prosesi təxirə salırlar. Amma təəssüf ki, bu yanaşma səhvdir. Bunun qarşısını almaq üçün, telefon ölkəyə gətirildiyi zaman dərhal qeydiyyata alınmalıdır. Telefonların qeydiyyatını həyata keçirmək üçün vətəndaş müəyyən bir rüsum ödəməlidir, bu rüsumun məbləği telefonun markasından və modelindən asılı olaraq dəyişə bilər".

Fərid Kazımov bildirib ki, qeydiyyat prosesi üçün keçərli olan 30 gün telefonun ölkəyə gətirilməsindən deyil, telefonda SIM kartın aktivləşdirilməsindən sonra başlanır: "Telefon ölkəyə daxil olduğu andan, yəni SIM kart qoşulduğu gündən 30 gün hesablanır. Əgər vətəndaş telefonu ölkəyə gətirib, 5 ay sonra mobil operatora qoşursa, artıq bu tarixdən etibarən 30 günlük müddət başlayır. Bu halda, telefonun qeydiyyatı üçün də 30 gün ərzində prosedur həyata keçirilməlidir.

Bu səbəbdən, vətəndaşlar telefon alarkən və ya xaricdən gətirərkən mütləq şəkildə qeydiyyat prosedurunu başa çatdırmalıdırlar. Əks təqdirdə telefon istifadəçiləri mobil şəbəkə xidmətlərindən istifadə edə bilməyəcəklər".

Son xəbərlər
Zelenski Avropa ölkələrinə müraciət edib
UEFA AL: "Qarabağ" FCSB-yə məğlub oldu
HƏMAS ikinci qrup girovların siyahısını sabah İsrailə təhvil verəcək
Türkiyədə yanğınla bağlı saxlanılanların sayı 12-ə çatıb
NATO-nun müdafiə nazirləri Brüsseldə görüşəcək
Elnur Məmmədov Pakistan XİN rəhbəri ilə görüşüb
Tramp Putinlə görüşmək istəyini bəyan edib
Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı aparıb