Boston hava limanında 4 təyyarə toqquşub

Əsəd Abbaslı
Boston hava limanında 4 təyyarə toqquşub
Boston Hava Limanında eyni gün ərzində dörd təyyarə toqquşub və qanadları qırılıb.

"Operativ Media"nın məlumatına görə, Daily Record xəbər verib ki, ilk insident noyabrın 25-də baş verib. Bu hadisə zamanı Dallasa uçan Frontier Airlines təyyarəsi ilə Londondan gələn American Airlines təyyarəsi toqquşub. Toqquşma nəticəsində hər iki təyyarənin qanadları zədələnib, və hava limanında xaos yaranıb. Bütün sərnişinlər və ekipaj üzvləri təxliyə edilib, lakin xəsarət alan olmayıb.

Saatlar sonra eyni hava limanında bir başqa toqquşma baş verib.

JetBlue təyyarəsi Cape Air təyyarəsinə çırpılıb. JetBlue təyyarəsi boş olub.

Hadisə nəticəsində Cape Air-in iki pilotu xəstəxanaya aparılıb.

Digər xəbərlər