01 Dekabr 2024, 17:03
Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun anım mərasimi keçirilib
Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Vətən Müharibəsi Qəhrəmanı Mansurov Elçin Elşən oğlunun xatirəsinə həsr olunan anım mərasimi keçirilib.
Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun anım mərasimi keçirilib şəkil
Vətən Müharibəsi Qəhrəmanı Elçin Mansurovun anım mərasimi keçirilib

"Operativ Media" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə Nazirliyinin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, digər qonaqların iştirak etdiyi mərasimdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər şəhidimizin şərəfli həyat və döyüş yolundan danışıb, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun Vətən müharibəsində qazandığı tarixi qələbədən, bu şanlı Zəfərin qazanılmasında igid oğullarımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Şəhid E.Mansurovun ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasimində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti tərəfindən şəhidimizin xatirəsinə həsr olunan şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

Son xəbərlər
Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib
"BakuBus" noyabr-dekabrda 161 ədəd elektrik avtobusu istifadəyə verib
Xəzərdə zəlzələ baş verib
Azərbaycan PL: "Səbail" "Kəpəz"i məğlub etdi
Ağa Nemətulla ilə Çaykovski küçələrinin kəsişməsində hərəkət yenidən təşkil edilib
Zelenski: "Ukrayna Azərbaycan qazını Avropaya nəql etməyə hazırdır"
Hakan Fidan İraqa səfər edəcək
Qusarda yerləşən intizam xarakterli hərbi hissədə nöqsanlar aşkarlanıb