
Macarıstan Prezidenti Katalin Novak ölkəsinin Bosniya və Herseqovinanın Avropa İttifaqına (Aİ) üzvlüyünü dəstəklədiyini qeyd edib.
"Operativ Media" xəbər verir ki, Novak rəsmi səfəri çərçivəsində Budapeştdə olan Serb üzvü, Bosniya və Herseqovina Prezident Şurasının sədri Zeljka Cvijanovic ilə görüşüb, daha sonra birgə mətbuat konfransı keçirib.
Macarıstanın Qərbi Balkan ölkələrinin ən yaxşı dostu olduğunu qeyd edən Novak, Bosniya və Herseqovinanın 2022-ci ilin dekabrında Aİ-yə namizəd ölkə statusunu almasının sevindirici olduğunu və prosesin ləngimədən davam etməsi lazım olduğunu bildirib.
Qərbi Balkan ölkələrinin hər zaman Macarıstana arxalana biləcəyini ifadə edən Novak, Macarıstanın məqsədinin Bosniya və Herseqovinanın AB üzvlük prosesini sürətləndirmək olduğunu bildirib.
Novak görüşdə Rusiya-Ukrayna müharibəsinin də müzakirə edildiyini, həm ölkəsinin, həm də Bosniya və Herseqovinanın Rusiyanın təcavüzünü pislədiyini, Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bildirib.