02 Dekabr 2024, 11:17
Prezident İlham Əliyev milli bayram münasibətilə laoslu həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli bayram münasibətilə laoslu həmkarı Thonqlun Sisulitə təbrik məktubu ünvanlayıb.
Prezident İlham Əliyev milli bayram münasibətilə laoslu həmkarını təbrik edib şəkil
Prezident İlham Əliyev milli bayram münasibətilə laoslu həmkarını təbrik edib

"Operativ Media" xəbər verir ki, məktubunda Laos Xalq Demokratik Respublikasının Prezidentinə və xalqına öz adından və Azərbaycan xalqı adından ürəkdən təbriklərini çatdıran dövlətimizin başçısı qeyd edib: “Biz Azərbaycan-Laos dostluq münasibətlərinin inkişafına böyük əhəmiyyət veririk. Cari ilin oktyabrında Sizinlə Kazanda səmimiyyət və qarşılıqlı etimad şəraitində keçən görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram.

İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə dostluq əlaqələrimizin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq”.

Dövlətimizin başçısı, həmçinin laoslu həmkarını Azərbaycana səfərə dəvət edib.

Prezident İlham Əliyev bu bayram günündə Thonqlun Sisulitə ən xoş arzularını çatdırıb, dost Laos xalqına daim əmin-amanlıq və rifah arzulayıb.

Son xəbərlər
Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub - VİDEO
21 May 2025, 15:45
Tokayev İlham Əliyevə təşəkkür edib
Macarıstanda Azərbaycan Prezidentin şərəfinə verilən ziyafətin menyusu - FOTO
Azərbaycan Dağıstanda zeytun bağı salacaq
Azərbaycan – Macarıstan oyununun hakim təyinatları açıqlandı
Dövlət qulluğuna qəbulda iştirak üçün qeydiyyat elan edilib
TDT-nin Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşü çərçivəsində Büdapeşt Bəyannaməsi qəbul edilib
Ərdoğan: Novruz bayramı türk dövlətlərinin ortaq bayramı kimi qeyd olunmalıdır