23 Yanvar 2023, 23:06
Borrell: Almaniya Leopard tanklarının daşınmasına mane olmur

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, Almaniya Avropa İttifaqına üzv ölkə tələb edərsə, Ukraynaya Alman Leopard tanklarının göndərilməsinə mane olmayacaq.
"Operativ Media" xəbər verir ki, Borrell Aİ xarici işlər nazirlərinin görüşündən sonra mətbuat konfransı keçirib.
Konfransda Borrel Almaniyanın xarici işlər naziri Annalena Baerbokun "Polşa Ukraynaya Alman Leopard tanklarını göndərmək istəsə, buna qarşı çıxmayacaqlar" ifadəsinə toxunub.
"Deməli, Almaniya Leopard tanklarının daşınmasına mane olmur" deyə o qeyd edib.