Ayaz Quliyev 240-cı oldu
Əziz Əzizli
"Operativ Media" xəbər verir ki, “Səbail”lə oyunun ilk 45 dəqiqəsində meydanda olan yarımmüdafiəçi cari mövsüm ölkə çempionatında birinci matçını keçirib.
Bununla 28 yaşlı orta sahə oyunçusu cari mövsüm Premyer Liqada iştirak edən 240-cı futbolçu olub. Quliyev həm də 126-cı yerli kimi diqqət çəkib. Elita klublarının formasını geyinən digər 114 futbolçu əcnəbilərdir.
Quliyev “Sabah”ın heyətində bu mövsüm çıxış edən 14-cü yerlidir. Bu baxımdan rekordçu “Kəpəz”dir. Gəncəlilərin forması altında cari mövsüm 17 azərbaycanlı meydana çıxıb. “Sabah” yerlilərə ən çox güvənən ikinci komanda olan “Şamaxı”ya çatıb.
Qeyd edək ki, Ayaz Quliyev ötən ilin yayından “Sabah”ın şərəfini qoruyur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net