ABŞ-ın Kaliforniya ştatında 67 yaşlı kişi təcavüzkarın silahlı hücumu nəticəsində 7 nəfər ölüb.
"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, hücum Half Moon Bay şəhərində iki ayrı ərazidə baş verib. İlk olaraq fermada 4 nəfər həyatını itirib, 5 nəfər yaralanıb. Fermanın yaxınlığında eyni hücumçu daha 3 nəfəri öldürüb. Yaralılardan birinin vəziyyəti ağırdır.
67 yaşlı Zhao Chunli polis qrupları tərəfindən dayanacaqda avtomobildə yaxalanıb. Onun hücumu həyata keçirən silahı da avtomobildən tapılıb.
Polis hücum edənin ferma işçisi olması ehtimalını nəzərdən keçirir.






