Menyu

İranda silahlı hücum nəticəsində 2 əsgər həlak olub

Nərmin Qocamanlı
İranda silahlı hücum nəticəsində 2 əsgər həlak olub

İranın cənub-şərqində Sistan-Bəlucistan əyalətində silahlı hücum nəticəsində 2 əsgər həlak olub, 1 əsgər yaralanıb.

"Operativ Media" xəbər verir ki, İSNA-nın məlumatına görə, Sistan-Bəlucistan polis rəisi Məhəmməd Kənbəri gecə saatlarında baş verən hadisə ilə bağlı məlumat verib.

İran rəsmisi bildirib ki, Sistan-Bəlucistan əyalətinin Bempur rayonunda patrul xidmətində olan əsgərlərə silahlı hücum təşkil edilib, 2 nəfər həyatını itirib, 1 nəfər yaralanıb.

O, qeyd edib ki, hələlik şəxsiyyətləri müəyyən edilməyən hücumçuların tutulması istiqamətində işlər aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər