
İran Avropa İttifaqı (Aİ) və Böyük Britaniyanın bəzi İranlı şəxslərə və qurumlara qarşı tətbiq etdiyi sanksiyalara qarşılıq verəcəyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kenani Aİ və Böyük Britaniyanın Tehrana qarşı tətbiq etdiyi son sanksiyalarla bağlı açıqlama verib.
"Avropa İttifaqı və Britaniya rejiminin bu hərəkəti onların İranın nüfuzu ilə bağlı çaşqınlıqlarının, həmçinin İran həqiqətlərini tam dərk etməkdə zehni acizliklərinin əlamətidir", - Kenani deyib.
"İran bu cür uğursuz siyasətlərə cavab vermək hüququnu özündə saxlayır və tezliklə Avropa İttifaqı və Böyük Britaniyada insan haqlarını pozanlara və terrorizmi dəstəkləyənlərə qarşı sanksiyaların yeni siyahısını açıqlayacaq", - Kənani əlavə edib.
Qeyd edək ki, Aİ ölkələri İranda Məhsa Əminin ölümündən sonra başlayan nümayişlərə qarşı müdaxilələrdə rol oynadıqları üçün 18 iranlı şəxs və 19 təşkilata qarşı sanksiya tətbiq etmək qərarına gəlib.