Əlcəzair səhrasına 11 il sonra qar yağıb

Redaksiya
Əlcəzair səhrasına 11 il sonra qar yağıb

Əlcəzairin cənub-qərbindəki bəzi səhra əraziləri nadir qar yağışı ilə ağarıb.

"Operativ Media" xarici KİV-ə istinadən xəbər verir ki, Mərakeşlə sərhəddə yerləşən Bəşər şəhərinə sonuncu dəfə qar 2012-ci ildə yağıb.

Qış mövsümünün əvvəlindən bəri Əlcəzairin şimal bölgələri fırtınalı soyuq hava dalğası müşahidə olunub. Qar yağışı səbəbi ilə bir çox şəhər və kənd yolları bağlanıb.

Ölkədə 3 ildir quraqlıq səbəbi ilə anbar, yeraltı sular və çay səviyyələri əhəmiyyətli dərəcədə azalmışdı.

Digər xəbərlər