25 Yanvar 2023, 09:27
Pakistan Aİ-dən Kəşmir üzrə xüsusi nümayəndə təyin etməyi istəyib
Pakistan Aİ-dən Kəşmir üzrə xüsusi nümayəndə təyin etməyi istəyib şəkil
Pakistan Aİ-dən Kəşmir üzrə xüsusi nümayəndə təyin etməyi istəyib

Pakistanın Azad Cammu Kəşmir prezidenti Sultan Mahmud Çaudri Avropa İttifaqından (Aİ) Cammu Kəşmir məsələsinin sülh yolu ilə həlli üçün Kəşmir üzrə xüsusi elçi təyin etməyi istəyib.

"Operativ Media" xəbər verir ki, Pakistan Radiosunda yer alan xəbərə görə, Çaudri Brüsseldə Beynəlxalq Kəşmir Sülh Forumunun təşkil etdiyi tədbirdə AB Parlamenti, Belçika Senatı və Belçika Parlamenti üzvlərinə müraciət edib.

Çaudri burada etdiyi açıqlamada Aİ-dən Cammu və Kəşmir məsələsinin sülh yolu ilə həlli üçün Kəşmir üzrə xüsusi elçi təyin etməsini istəyib .

Kəşmirin iki nüvə dövlətinin üz-üzə gəldiyi dünyanın ən təhlükəli bölgəsi olduğunu bildirən Çaudri, AB-nin insan haqları və bu problemin həllinə əhəmiyyətli töhfələr verə biləcəyinə diqqət çəkib.

Aİ-nin Cammu və Kəşmir probleminin həllində, Cənubi Asiyada sülh və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynaya biləcəyini ifadə edən Çaudri, Hindistanın Kəşmirlilərə təzyiqlərini gücləndirdiyini və bunun insan hüquqlarının pozulması ilə nəticələndiyini vurğulayıb.

Son xəbərlər
Paşinyan Almaniyaya səfər edib
Soçi hava limanı uçuşları dayandırıb
Robert Kennedi ABŞ-nin Səhiyyə və Sosial Xidmətlərinin yeni katibi seçilib
Ərdoğan: İslam dünyası Trampın planlarına icazə verməyəcək
İsrail Ordusu Qəzzaya zərbələr endirib
Çin, Cənubi Koreya və Yaponiyanın xarici işlər nazirlərinin görüşü planlaşdırılır
Vardanyan Azərbaycan diplomatlarına qarşı terror aktları planlaşdırmaqda ittiham edilir
Aİ müşahidə üzvləri Qubadlı ilə sərhəddə Azərbaycan ərazilərini müşahidə etdilər