Yaponiyanın cənub-qərbində, Naqasaki prefekturasının sahillərində 22 heyəti olan yük gəmisi batıb.
"Operativ Media" xəbər verir ki, rəsmi Kyodo agentliyinin məlumatına görə, Honq-Konq bayrağı altında 6551 tonluq “Jintan” yük gəmisi Naqasaki sahillərində batıb.
Danco adalarından 110 kilometr qərbdə batan gəmidə olan 22 ekipaj üzvündən 4-ü xilas edilib.
Yük gəmisinin ekipajından 14-nün Çin, 8-nin isə Myanma vətəndaşı olduğu açıqlanıb .
Yaponiya Sahil Mühafizəsi qalan ekipajı xilas etməyə davam edir.






