Filippində hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb

Nərmin Qocamanlı
Filippində hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb

Filippinin şimal-qərbində Bataan əyalətində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

"Operativ Media" xəbər verir ki, Filippinin Mülki Aviasiya İdarəsi Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarənin Bataan əyalətində qəzaya uğrayaraq düyü tarlasına düşdüyünü açıqlayıb.

Hərbi Hava Qüvvələrinin sözçüsü polkovnik Mariya Konsuelo Kastillo bildirib ki, hərbi təyyarə paytaxt Manilanın cənubunda təlim uçuşu həyata keçirərkən qəzaya uğrayıb. Qəza nəticəsində iki nəfər həyatını itirib.

Qeyd edilib ki, qəzada həyatını itirən iki nəfərin cəsədi dağıntılar altından çıxarılıb.

 

Digər xəbərlər