Sahil Babayev: Əmək bazarının tələbləri daim dəyişir

Nərmin Qocamanlı
Sahil Babayev: Əmək bazarının tələbləri daim dəyişir
İnsanların əmək bazarında karyera inkişafı daimi bir prosesdir. Vətəndaşın əmək bazarına hazırlanması və daha sonra addım-addım inkişafı uzunmüddətli bir prosesdir.

"Operativ Media” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Karyera İnkişaf Forumunda çıxışı zamanı deyib.

Təsadüfi deyil ki, təhsil sahəsindən danışarkən həmişə ömürboyu təhsil konsepsiyasına xüsusi diqqət yetirilir. Çünki əmək bazarının tələbləri daim dəyişir. Cəmiyyətdə bu dinamizm davam etdikcə, əlbəttə ki, yeni çağırışlar da ortaya çıxır. Bu baxımdan, dövlət qurumlarının və bilavasitə təhsillə bağlı təşkilatların əsas vəzifəsi ilk növbədə vətəndaşları əmək bazarına hazırlamaqdır. Bu hazırlıq, işəgötürənlərin tələblərinə uyğun bilik və bacarıqların öyrədilməsi ilə bağlı proqramların hazırlanmasını əhatə edir.

Bu yanaşma, əmək bazarının tələblərinə uyğun adekvat əmək resurslarının hazırlanmasını təmin etməyi hədəfləyir. Bundan əlavə, əmək fəaliyyəti dövründə müxtəlif proqramlar və layihələr vasitəsilə insanların dəstəklənməsi də vacibdir.

 

Digər xəbərlər