Armen Qriqoryanın xidməti avtomobili qəzaya uğrayıb

Nərmin Qocamanlı
Armen Qriqoryanın xidməti avtomobili qəzaya uğrayıb

 

Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanın xidməti avtomobili qəzaya uğrayıb.

"Operativ Media" “Sputnik Armenia” ya istinadən xəbər verir ki, avtomobil qəzası bu gün səhər baş verib. İrəvanın mərkəzi küçələrinin kəsişməsində baş verən qəza səbəbi ilə hər iki avtomobilin sürücüsü alkoqol testindən keçib və sərxoşluq aşkarlanmayıb.

Tərəflər qəzaya səbəb olan yol hərəkəti qaydasını pozmaqda bir-birini günahlandırır. Araşdırma aparılır, materiallar toplanır.

Digər xəbərlər