Menyu

Dövlət Departamenti: "ABŞ Azərbaycana təyyarə qəzası ilə bağlı kömək etməyə hazırdır"

Nərmin Qocamanlı
Dövlət Departamenti: "ABŞ Azərbaycana təyyarə qəzası ilə bağlı kömək etməyə hazırdır"
1 dəq oxu

Ötən gün baş verən təyyarə qəzası ilə bağlı ABŞ Dövlət Departamentinin sözcüsü Metyu Miller Azərbaycana başsağlığı verib.

"Operativ Media" xəbər verir ki, bu bardədə ABŞ Dövlət Departamentinin sözcüsü öz "X" hesabında paylaşım edib.

"“Azərbaycan Hava Yolları” QSC-nin Qazaxıstanda baş vermiş qəza xəbərini dərin hüznlə eşitdik. Düşüncələrimiz və dualarımız həlak olanların ailələri ilə birlikdədir, yaralananlara isə tezliklə şəfa diləyirik. Biz Qazaxıstan və Azərbaycan hakimiyyətinə kömək etməyə hazırıq", - paylaşımda qeyd olunub.

Əlaqəli Xəbərlər