Yaponiyanın cənub-qərbindəki Naqasaki əyaləti sahillərində dünən batan Honq-Konq bayraqlı yük gəmisində 8 nəfərin öldüyü açıqlanıb.
"Operativ Media" xəbər verir ki, Çinin Yaponiyanın Fukuoka şəhərindəki baş konsulu Lyu Quicun qəzada 6-sı Çin vətəndaşı olmaqla 8 nəfərin öldüyünü açıqlayıb.
Lyu bildirib ki, gəminin 30 ekipaj üzvündən 13-ü xilas edilib, 8 nəfərin cəsədi tapılıb.
Yaponiya axtarış-xilasetmə birlikləri ilə təmasda olduqlarını ifadə edən Lyu, itkin düşən 9 nəfərin tapılması üçün hər cür səy göstərilməsini tələb etdiklərini bildirib.






