26 Yanvar 2023, 19:17
Türkiyə Ukraynaya üzən elektrik stansiyaları verəcək
Türkiyə Ukraynaya üzən elektrik stansiyaları verəcək şəkil
Türkiyə Ukraynaya üzən elektrik stansiyaları verəcək

Türkiyənin "Karpowership" şirkəti Ukraynaya üzən elektrik stansiyaları verəcək.

"Operativ Media" xəbər verir ki, şirkət stansiyaların verilməsi ilə bağlı Ukraynanın Enerji Şirkəti ilə müqavilə imzalayıb.

500 MVt gücündə üzən elektrik stansiyaları Ukraynada 1 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək.

"Üzən elektrik stansiyaları elektrik problemlərinə sürətli, etibarlı və çevik həllər təklif edir və biz bu işdə Ukraynaya mümkün qədər tez dəstək verməyə hazırıq", - şirkət rəsmisi bildirib.

Üzən elektrik stansiyaları Moldova və Rumıniya limanlarında yerləşdirilə bilər. Ukrayna şəbəkələri bu ölkələr vasitəsilə elektrik enerjisi alacaq. Ukrayna və Türkiyə şirkətləri bu məsələ ilə bağlı Rumıniya və Moldova hakimiyyətləri ilə danışıqlar aparmağı planlaşdırır.

Son xəbərlər
BMT-də COP29-da əldə edilən mühüm nailiyyətlər vurğulanıb
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
ABŞ Qəzzaya qoşun göndərməyəcək
"Qalatasaray" yeni transferini açıqladı
Luis Enrike: "Mbappe getdikdən sonra PSJ daha da güclənib"
Aİ Qəzzanı Fələstin dövlətinin ayrılmaz hissəsi hesab edir
ABŞ İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edib
Zaxarova: Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” Dəhlizinin inkişafında maraqlıdır