Menyu

Suriyanın XİN rəhbəri Ər-Riyadla strateji əlaqələr qurmaq istəyir

Əziz Əzizli
Suriyanın XİN rəhbəri Ər-Riyadla strateji əlaqələr qurmaq istəyir

"Operativ Media" xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində bildirib.

Əş-Şibani səudiyyəli həmkarı Feysəl bin Fərhan Əl-Səudun rəsmi dəvəti ilə bu ölkəyə səfər edəcəyini vurğulayıb.

O əlavə edib ki, Suriyanın yeni hakimiyyət orqanları Ər-Riyadla bütün sahələrdə strateji əlaqələr qurmağı səbirsizliklə gözləyir.

Səfərin tarixi dəqiq məlum deyil.

Xatırladaq ki, noyabrın sonunda silahlı müxalifət qrupları Suriya ordusunun mövqelərinə genişmiqyaslı hücuma keçib. Dekabrın 8-də onlar Dəməşqə daxil olublar, Bəşər Əsəd Suriya prezidenti vəzifəsindən istefa verərək ölkəni tərk edib. Dekabrın 10-da Məhəmməd əl-Bəşir 2025-ci il martın 1-dək keçid dövründə Suriya hökumətinə rəhbərlik edəcək.

Teqlər:

"Suriyan\u0131n X\u0130N r\u0259hb\u0259ri \u018fr-Riyadla strateji \u0259laq\u0259l\u0259r qurmaq ist\u0259yir"

Əlaqəli Xəbərlər