Menyu

Polis əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər

Redaksiya
Polis əməkdaşları gücləndirilmiş rejimdə fəaliyyət göstərirlər
1 dəq oxu

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları ilə əlaqədar Daxili İşlər Nazirliyi tərəfindən ölkə ərazisində təhlükəsizlik tədbirləri diqqət mərkəzində saxlanılır.

DİN-nin mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, polis əməkdaşları avtomobil yollarında və insanların sıx toplaşdığı məkanlarda təhlükəsizliyinin təmin olunması üçün xidmətlərini gücləndirilmiş rejimdə davam etdirirlər.

"Hər kəsə qaydalara riayət etməyi və ictimai asayişi qoruyan polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyi tövsiyə edirik" - məlumatda qeyd olunur.

Fotogalereya

Əlaqəli Xəbərlər