Menyu

Türkiyənin xarici ticarət dövriyyəsi 53 milyard dollara yaxınlaşıb

Nərmin Qocamanlı
Türkiyənin xarici ticarət dövriyyəsi 53 milyard dollara yaxınlaşıb

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Ticarət Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, 2024-cü ilin noyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni ayı ilə müqayisədə 3,1 faiz azalaraq 22 milyard 289 milyon dollar, idxalı isə 2,7 faiz artaraq 29 milyard 748 milyon dollar olub.

“2024-cü ilin yanvar – noyabr ayında Türkiyənin xarici ticarət dövriyyəsi keçən ilin eyni ayları ilə müqayisədə 550 milyard 26 milyon dollara çatıb” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, 2024-cü ilin yanvar-noyabr ayında Türkiyənin ixracatı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 238 milyard 462 milyon dollara, idxalı isə 6,3 faiz azalaraq 311 milyard 798 milyon dollar olub.

Teqlər:

"T\u00fcrkiy\u0259nin xarici ticar\u0259t d\u00f6vriyy\u0259si 53 milyard dollara yax\u0131nla\u015f\u0131b"

Əlaqəli Xəbərlər