Azərbaycan vətəndaşlarının Qazaxıstanda vizasız yaşaya bilmək müddəti 90 günə qədər uzadılıb.
"Operativ Media" "Sputnik Kazakhstan"a istinadən xəbər verir ki, ölkənin miqrasiya qaydalarında olunan dəyişiklərə əsasən, Avrasiya İqtisadi Birliyinə (AİB) daxil olan ölkələrin, o cümlədən Azərbaycan, Tacikistan və Ukrayna vətəndaşları 180 gün ərzində Qazaxıstana vizasız daxil ola və 90 gün ölkədə qala bilərlər.
Eyni zamanda, həkimlər, mühəndislər, aqronomlar, memarlar, İT mütəxəssisləri və s. peşə sahibləri sadələşdirilmiş qaydada daimi yaşamaq üçün icazə ala bilər.






