Menyu

AZAL: Bakı-Kazan reysinin Həştərxan şəhəri üzərində təhlükə ilə üzləşməsi ilə bağlı məlumat yalandır

AZAL: Bakı-Kazan reysinin Həştərxan şəhəri üzərində təhlükə ilə üzləşməsi ilə bağlı məlumat yalandır
1 dəq oxu

Bakı-Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində təhlükə ilə üzləşməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.

"Operativ Media" xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin məlumat yayıb.

Azərbaycanın bəzi media resurslarında 2025-ci il yanvarın 1-də “Azərbaycan Hava Yolları”nın (AZAL) Bakı–Kazan reysinin Rusiyanın Həştərxan şəhəri üzərində guya təhlükə ilə üzləşməsi barədə məlumat yayılıb.

AZAL-ın adıçəkilən reysi cədvələ uyğun olaraq və beynəlxalq təhlükəsizlik standartlarına tam riayət edilməklə yerinə yetirilib.

Əlaqəli Xəbərlər