Menyu

Çövkən üzrə “Super Kubok”un qalibi müəyyən olunub - VİDEO

Əsəd Abbaslı
Çövkən üzrə “Super Kubok”un qalibi müəyyən olunub - VİDEO

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Məlumata görə, tədbirdə rəsmi qonaqlar, idman ictimaiyyətinin nümayəndələri və azarkeşlər iştirak etmişdir.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbir möhtəşəm qapanış mərasimi ilə davam etmişdir.

Qapanış mərasimində Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestri, rəqs ansamblı və tanınmış sənətçilər müxtəlif musiqi və rəqs nümunələri ilə çıxış edərək tədbirə rəng qatmışlar. 

Super Kubok” uğrunda qarşılaşmada Peşəkar Çövkən Liqasının qalibi Sərhədçi” komandası ilə Çövkən üzrə Prezident Kubokunun qalibi Elit” komandası mübarizə aparmış, gərgin və dinamik oyunun sonunda isə Sərhədçi” komandası 1-0 hesabı ilə qalib gələrək “Super Kubokun sahibi olmuşdur. 

Qalib komandaya “Super Kubok”u Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev və Gənclər və İdman naziri Fərid Qayıbov təqdim etmişlər. 

Teqlər:

"\u00c7\u00f6vk\u0259n \u00fczr\u0259 \u201cSuper Kubok\u201dun qalibi m\u00fc\u0259yy\u0259n olunub - V\u0130DEO"

Əlaqəli Xəbərlər