Menyu

Ərdoğan Türkiyədə zəlzələlərə hazırlıqla bağlı tapşırıq verib

Əsəd Abbaslı
Ərdoğan Türkiyədə zəlzələlərə hazırlıqla bağlı tapşırıq verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Egey dənizində zəlzələlərin tezliyinin artması fonunda İstanbulda və Türkiyənin digər vilayətlərində baş verə biləcək fövqəladə hallara ciddi hazırlaşmağa çağırıb.

Operativ Media xəbər verir ki, Ərdoğan bu barədə Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

"Son bir neçə gündə Yunanıstan tərəfində baş verən yeraltı təkanlar bizə işimizin dəyərini bir daha xatırladır və zəlzələyə hazırlığın ölkəmiz üçün kritik məsələ olduğunu xatırladır. Yerli hökumətlər şəhər transformasiya layihələri vasitəsilə şəhərləri zəlzələlərə hazırlamalı, siyasi mənfəət güdməməlidir. Türkiyə şəhərlərini, xüsusilə İstanbulu zəlzələyə davamlı etməkdən başqa çıxış yolu yoxdur”, - Türkiyə lideri bildirib.

Teqlər:

"\u018frdo\u011fan T\u00fcrkiy\u0259d\u0259 z\u0259lz\u0259l\u0259l\u0259r\u0259 haz\u0131rl\u0131qla ba\u011fl\u0131 tap\u015f\u0131r\u0131q verib"

Əlaqəli Xəbərlər