03 Fevral 2025, 23:35
Marko Rubio USAİD-in idarəçiliyini ələ aldığını təsdiqləyib
“Biz USAID proqramlarının bağlanmasından danışmırıq"
Marko Rubio USAİD-in idarəçiliyini ələ aldığını təsdiqləyib şəkil
Marko Rubio USAİD-in idarəçiliyini ələ aldığını təsdiqləyib

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Dövlət Departamenti ilə birləşməsi qərarı dövlət katibinin proqramlarını bitirmək məqsədi daşımır.

Operativ Media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio məsələyə münasibət bildirərkən deyib.

Rubio agentliyin funksiyalarının ABŞ-nin xarici siyasətinə uyğun olmalı olduğunu da vurğulayıb.

“Biz USAID proqramlarının bağlanmasından danışmırıq. Elə təşəbbüslər var ki, onlar həqiqətən faydalıdır, elələri də var ki, onlarla bağlı ciddi suallarımız var. Amma əsas problem qurumun struktur kimi işləməsidir. O, Dövlət Departamentinin siyasət direktivlərinə əməl etməlidir, amma praktikada belə deyil. Suallar verildikdə tamamilə əməkdaşlıq etmirlər”, - deyə o bildirib.

Son xəbərlər
Kreml Putin və Tramp arasında baş tutan telefon danışığı ilə bağlı məlumat yayıb - YENİLƏNİB
İlham Əliyev: "Bakıya tanklarla gəlib çay içəcəyik” deyənlər indi məhkəmə qarşısında cavab verirlər
“Neft Daşları”nda kran dənizə düşüb
Zelenski Finlandiyaya səfər edib
Prezident: Bir çox xarici ali məktəblərdə bizim uğurlu əməliyyatımız öyrənilir
Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB
Rusiyada Mİ-28 helikopteri qəzaya uğrayıb
Prezident: "Biz tarixi ədaləti bərpa etməli idik"