Menyu

İndoneziya sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib

Əziz Əzizli
İndoneziya sahillərində 5,9 maqnitudalı zəlzələ baş verib

İndoneziyanın Şimali Maluku əyalətinin Ternate adasında 5,9 maqnitudalı zəlzələ baş verib.

"Operativ Media" xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Mərkəzin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 06:35-də (Bakı vaxtı ilə 01:35) təxminən 101 min əhalisi olan Ternate şəhərindən 260 km şimalda qeydə alınıb.

Zəlzələ ocağı 101 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur, sunami təhlükəsi elan edilməyib.

Teqlər:

"\u0130ndoneziya sahill\u0259rind\u0259 5 9 maqnitudal\u0131 z\u0259lz\u0259l\u0259 ba\u015f verib"

Əlaqəli Xəbərlər