Menyu

Ukrayna Rusiya əsirliyindən 150 vətəndaşını geri qaytarıb

Əsəd Abbaslı
Ukrayna Rusiya əsirliyindən 150 vətəndaşını geri qaytarıb
1 dəq oxu

Ukrayna Rusiya əsirliyindən 150 vətəndaşını geri qaytarıb.

Operativ Media xəbər verir ki, bu barədə Prezident Volodimir Zelenski sosial şəbəkələrdə məlumat yayıb.

Onların arasında Mariupol və Zaporojye vilayətində əsir düşən Hərbi Dəniz Qüvvələrinin, Hərbi Hava Qüvvələrinin hərbçiləri, milli qvardiya əməkdaşları, sərhədçilər, polis əməkdaşları və digərləri var.

Eyni zamanda, Rusiya KİV-ləri Ukrayna əsirliyindən Rusiya Silahlı Qüvvələrinin 150 hərbçisinin geri qaytarıldığını bildirir.

Əlaqəli Xəbərlər