Pem Bondi yeni ABŞ ədliyyə naziri kimi and içib
Əsəd Abbaslı
ABŞ Ali Məhkəməsinin üzvü Klarens Tomas Pem Bondini ölkənin yeni ədliyyə naziri - baş prokuror kimi and içdirib.
Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat xidməti məlumat yayıb.
Mərasim ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Ağ Evin Oval kabinetində keçirilib.
"Düşünürəm ki, o, mümkün qədər qərəzsiz olacaq", - Amerika lideri vurğulayıb.
Xatırladaq ki, Senat fevralın 4-də Bondini yeni ədliyyə naziri kimi təsdiqləyib. Tramp keçmiş konqresmen Mett Qets bu vəzifə uğrunda mübarizədən imtina etdikdən sonra Bondinin namizədliyini irəli sürüb. Bondi Florida və Stetson universitetlərində təhsil alıb. O, Florida ştatının baş prokuroru vəzifəsində çalışan ilk qadın olub və bu vəzifəni 2011-2019-cu illər arasında tutub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net