Menyu

"Mirage" qırıcıları Ukraynaya göndərilib

Əsəd Abbaslı
"Mirage" qırıcıları Ukraynaya göndərilib
1 dəq oxu

İlk "Mirage" qırıcıları Fransadan Ukraynaya göndərilib. 

Operativ Media xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastien Lecornu sosial şəbəkə hesabında yazıb. 

"2024-cü il iyunun 6-da Emmanuel Makron Fransa istehsalı olan "Mirage 2000"-nin Ukraynaya təhvil verildiyini elan etdi. Onlardan birincisi bu gün Ukraynaya çatıb", - nazir yazıb.

Onun sözlərinə görə, ukraynalı pilotlar bir neçə ay Fransada döyüş təyyarələrini idarə etmək üçün təlim keçiblər.

Əlaqəli Xəbərlər