Menyu

ABŞ İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

Əsəd Abbaslı
ABŞ İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi İran neftinin Çinə tədarük edilməsinə yardımçı olan fiziki şəxslər, qurumlar və gəmilərə qarşı sanksiyaların tətbiq edildiyini elan edib.

Operativ Media xəbər verir ki, müvafiq bəyanat ABŞ Maliyyə Nazirliyinin saytında dərc olunub.

Sanksiya siyahısına beşi İran, biri Hindistan vətəndaşı olmaqla altı fiziki şəxs daxil edilib.

Doqquz hüquqi şəxs də sanksiyalarla üzləşib.

Tətbiq edilən məhdudlaşdırıcı tədbirlər ikisi Panama bayrağı altında, biri Honq Konq bayrağı altında üzən üç gəmiyə də təsir edib.

Teqlər:

"AB\u015e \u0130ran \u015firk\u0259tl\u0259rin\u0259 qar\u015f\u0131 sanksiyalar t\u0259tbiq edib"

Əlaqəli Xəbərlər