06 Fevral 2025, 23:00
Aİ Qəzzanı Fələstin dövlətinin ayrılmaz hissəsi hesab edir
Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın Qəzza sektoru ilə bağlı bəyanatlarını nəzərə alıb.
Aİ Qəzzanı Fələstin dövlətinin ayrılmaz hissəsi hesab edir şəkil
Aİ Qəzzanı Fələstin dövlətinin ayrılmaz hissəsi hesab edir

Avropa İttifaqı (Aİ) ABŞ Prezidenti Donald Trampın Qəzza sektoru ilə bağlı bəyanatlarını nəzərə alıb və münaqişənin iki dövlətli həllinə sadiq qaldığını təsdiqləyir.

Operativ Media xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasin mətbuat katibi Ənvər əl-Ənuni Brüsseldə keçirilən brifinqdə bildirib.

"Avropa İttifaqı həm israillilər, həm də fələstinlilər üçün uzunmüddətli sülhlə bağlı yeganə həll olaraq hesab etdiyimiz iki dövlətli həllə sadiq qalır. Qəzza gələcək Fələstin dövlətinin ayrılmaz hissəsidir", - o qeyd edib.

Mətbuat katibi əlavə edib ki, Aİ-nin mövqeyinə görə, Qəzzada fələstinli əhalinin zorla köçürülməsinə yol verilməməlidir.

Əl-Ənuninin sözlərinə görə, Brüssel atəşkəsin əldə edilməsini vəziyyətin müsbət inkişafı kimi qiymətləndirir.

"Lakin indi döyüş əməliyyatlarını tam dayandırmaq və regiona sülh və sabitlik gətirmək üçün növbəti mərhələlərə keçmək lazımdır", - o bildirib.

Qeyd edək ki, Tramp bir neçə dəfə Qəzza zolağının sakinlərinin Misir, İordaniya və ya digər ölkələrə köçürülməli olduğunu bəyan edib. O, ABŞ-nin anklavı nəzarətə götürməyə, orada minatəmizləmə işləri aparmağa və infrastrukturu bərpa etməyə hazır olduğunu bildirib.

Son xəbərlər
Baş Dövlət Yol Polisi idarəsindən sürücülərə vacib xəbərdarlıq
ADY: Qatarlarda 100 faizə yaxın doluluq qeydə alınıb
Şoyqu: Ermənistan Aİ-yə daxil olarsa, bir çox imtiyazlarını itirəcək
Macarıstan Aİ-nin Ukrayna üzrə sammitinin yekun sənədini yenidən bloklayıb
Ərdoğan və Tramp arasında telefon danışışığı olub
Dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılıb
Türkiyəli məşhur rejissor vəfat edib
Azərbaycan və Özbəkistan Prezidentləri arasında telefon danışığı olub