Ana səhifə / Dünya / Alyaskada itmiş təyyarədə olan şəxslərin hamısı həlak olub Alyaskada itmiş təyyarədə olan şəxslərin hamısı həlak olub 08.02.2025, 09:00 Əsəd Abbaslı Fevralın 6-da Alyaska ştatının səmasında radar ekranlarından itmiş “Bering Air” şirkətinə məxsus təyyarədə olan 10 nəfərin hamısı ölüb. Operativ Media xəbər verir ki, bu barədə “Associated Press” agentliyi ABŞ Sahil Mühafizəsinə istinadən məlumat yayıb. Hadisənin səbəbləri hələ açıqlanmayıb. Unalaklit şəhərindən Nom şəhərinə uçan təyyarədə doqquz sərnişin və bir pilot olub. NBC telekanalı öz növbəsində qəza qalıqlarının Nom şəhərindən cənub-şərqə doğru 34 mil (54,7 km) məsafədə aşkar edildiyini açıqlayıb. Teqlər: "Alyaskada itmi\u015f t\u0259yyar\u0259d\u0259 olan \u015f\u0259xsl\u0259rin ham\u0131s\u0131 h\u0259lak olub"