Menyu

HƏMAS: ABŞ-nin Qəzzaya daxil olmasına icazə verməyəcəyik

Əsəd Abbaslı
HƏMAS: ABŞ-nin Qəzzaya daxil olmasına icazə verməyəcəyik
1 dəq oxu

"Fələstinin HƏMAS hərəkatı ABŞ prezidenti Donald Trampın fələstinlilərin köçürülməsi ilə bağlı bəyanatlarının qeyri-ciddiliyinə ümid edir və Amerika qüvvələrinin Qəzzaya daxil olmasına icazə verməyəcək". 

Operativ Media xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Sami Əbu Zuhri açıqlayıb.

"Ümid edirik ki, bu sözlər ciddi deyil. Biz uzun illərdir ki, İsrail işğalına qarşı mübarizə aparırıq və təbii ki, yeni işğala da imkan verməyəcəyik. Biz Trampın bəyanatlarını ədalətsiz və xalqımıza qarşı təhqiramiz hesab edirik və heç bir şəraitdə Trampın qüvvələrinin Qəzzaya daxil olmasına imkan verməyəcəyik", - nümayəndə bildirib.

Əlaqəli Xəbərlər