Menyu

İsrail fələstinli məhbusları azad etməyə başlayıb

Əsəd Abbaslı
İsrail fələstinli məhbusları azad etməyə başlayıb

İsrail həbsxanalarında fələstinli məhbusların azad edilməsi prosesinə başlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb

Agentliyin məlumatına görə, fələstinli məhbusların azad edilməsi Dohada HƏMAS-la İsrail hökuməti arasında bağlanmış atəşkəs sazişi çərçivəsində həyata keçirilir.

Bir qrup məhbus artıq “Ofer” həbsxanasından azad edilərək, avtobuslara yerləşdirilir. Onların beynəlxalq vasitəçilərin köməyi ilə Qəzzaya ötürüləcəyi gözlənilir.

Ümumilikdə İsrailin şənbə günü 183 fələstinli məhbusu azad edəcəyi bildirilir.

Teqlər:

"\u0130srail f\u0259l\u0259stinli m\u0259hbuslar\u0131 azad etm\u0259y\u0259 ba\u015flay\u0131b"

Əlaqəli Xəbərlər