Menyu

Qəzzada ölənlərin sayı 48 189 nəfərə çatıb

Əsəd Abbaslı
Qəzzada ölənlərin sayı 48 189 nəfərə çatıb

Qəzza sektorunda dağıntılar altından daha 7 nəfərin meyiti çıxarılıb.

Operativ Media xəbər verir ki, bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Bununla da Qəzzada ölənlərin sayı 48 189 nəfərə çatıb.

Son 24 saatda xəstəxanalara 2 yaralı gətirilib.

Bununla da Qəzzada hücumlar nəticəsində yaralananların sayı 111 640 nəfərə çatıb.

Qeyd edilib ki, hələ də dağıntılar altında və yollarda çoxlu sayda zərərçəkmişlər var.

Xatırladaq ki, İsraillə HAMAS arasında əsir və girov mübadiləsini nəzərdə tutan razılaşma çərçivəsində yanvarın 19-dan Qəzzada atəşkəs hökm sürür.

Teqlər:

"Q\u0259zzada \u00f6l\u0259nl\u0259rin say\u0131 48 189 n\u0259f\u0259r\u0259 \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər