2024-cü il ərzində Azərbaycanın Serbiya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2023-cü ilə nisbətdə 16,7 dəfə artaraq 190,3 milyon dolları üstələyib.
Operativ Media DGK-ya istinadən xəbər verir ki, Azərbaycandan Serbiyaya ixrac 181,2 milyon dollar (+366,1 dəfə)artıb. 2023-cü ildə ixrac həcmi cəmi 495 min dollar təşkil edib
Serbiyadan Azərbaycana idxal isə 9 milyon dollar (-16,7%) təşkil edib.
2024-cü ilin nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Serbiya ilə ticarətin payı 0,39 faiz təşkil edib.